Bakı-Moskva gərginliyi: Xankəndi təklifi aktuallaşır, sülhməramlılar…

Bakı-Moskva gərginliyi: Xankəndi təklifi aktuallaşır, sülhməramlılar…
Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında yaranan gərginlik davam edir.

Xüsusilə Moskvanın məsələyə yanaşması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. Kremlin hadisə ilə bağlı açıqlamaları məsuliyyətdən yayınma cəhdləri kimi qiymətləndirilir.

Ekspertlər iddia edir ki, Rusiya mövcud gərgin situasiya fonunda hətta Xankəndidə konsulluq açmaq istəyini yenidən gündəmə gətirə bilər.

Kreml hazırkı şəraitdə bu mövzunu yenidən aktuallaşdıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Xankəndidə ruslar yaşamır, buna görə də orda hansısa rus konsulluğu açıla bilməz:

"Rusiya sülhməramlıları Azərbaycan ərazisində olduğu zamanlarda belə bir iddia gündəmə gəlmişdi. Lakin həmin vaxt belə bunun baş tutmayacağı bəlli idi. Xankəndi daxil olmaqla bütün ərazilərimizdə nəyin olub-olmayacağını sadəcə biz təyin edirik. Moskva bununla bağlı bizə təklif verə bilməz.

Konsulluqlar adətən həmin ölkənin əhalisinin kompakt yaşadığı ərazilərdə açılır. Yəni onların gediş-gəlişinin rahat olması üçün bu addım atılır. Lakin hazırda Xankəndidə ruslar yaşamır. Əgər Rusiya sülhməramlıları ərazimizdə qalsaydı, bu təklifi anlamaq olardı. Amma indiki məqamda real deyil. Moskvanın bu və ya başqa formada Azərbaycana təzyiq imkanı yoxdur”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az