Bakı sakininə qarşı 750 minlik dələduzluq

Bakı sakininə qarşı 750 minlik dələduzluq

Bakı sakininə qarşı 750 min manatlıq dələduzluq edilib.

Miq.az-ın report-a istinadən xəbərinə görə, 59 yaşlı Həsənağa Qasım hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2011-ci ilin aprel ayında Bakı şəhər sakini Barat Abdullayev onun etibarından sui-istifadə edərək 750 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb. Ötən 5 il müddətində pulunu ala bilmədiyini görən vətəndaş B.Abdullayevdən şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az