Bakı və İrəvan arasında sülh danışıqlarını... - Şolts

Bakı və İrəvan arasında sülh danışıqlarını... - Şolts
Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.

Miq.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts X hesabında yazıb.

"Həm Almaniya, həm də Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az