Bakıda 2 bacı dəm qazından zəhərləndi

Bakıda 2 bacı dəm qazından zəhərləndi
Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb.

Miq.az "Ölkə.Az”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Məlum olub ki, bacı olan qadınlar dəm qazından zəhərləniblər.
Onlara lazımı tibbi yardımlar göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qaradağ RPİ-nin 10-cu polis bölməsində təhqiqat araşdırmaları aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az