Bakıda 300 min manatlıq dələduzluq

Bakıda 300 min manatlıq dələduzluq
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub.

Miq.az-ın APA-ya istinadən məlumatına görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.
Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.
Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az