Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı öldü

Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı öldü
Topçubaşov adına xəstəxanada ikinci sinif şagirdi əməliyyat zamanı ölüb

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.
Miq.az-ın  Report-a istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 
Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 
Faktla bağlı araşdırmalara başlanılıb.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az