Bakıda ağır yol qəzası olub: 2 ölü, 1 yaralı var

Bakıda ağır yol qəzası olub: 2 ölü, 1 yaralı var
Bakı şəhərinin Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 18 radələrində Qaradağ rayonu ərazisində, "Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi "Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi "Mercedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi "Hyundai” markalı avtomobilə vurub. Nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölüb, digər bir sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az