Bakıda ana ilə körpəsinin seldən xilas edildiyi anlar - VİDEO - FOTO

Bakıda ana ilə körpəsinin seldən xilas edildiyi anlar - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakıda insanların təxliyəsinə cəlb olunublar.

ARB TV xəbər verir ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, Ordubadi küçəsində əhaliyə yardım edilib. 

Nazirlikdən verilən məlumata görə, fəsadların aradan qaldırılması üçün qurumun tərkibində olan müxtəlif strukturların canlı qüvvəsi və texnikası müxtəlif yerlərdə fəaliyyəti davam etdirir. 

Xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlər arasında ana ilə körpəsi də olub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Bura Bakıdır: Ana ilə körpəsinin seldən xilas edildiyi anlar

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az