Bakıda DƏHŞƏT: 4 yaşlı qız ölü tapıldı

Bakıda DƏHŞƏT: 4 yaşlı qız ölü tapıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 4 yaşlı qızın meyitinin tapılması barədə məlumat yayıb.

Miq.Az FHN-in saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az