Bakıda "Gelandewagen” alovlandı, ölən var VİDEO

Bakıda
Bahalı maşının Əli Həsənovun nəvəsinin olduğu iddia edilir

Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Miq.az-ın məlumatına görə, qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində olub. "Mercedes Gelandewagen” markalı avtomobil idarəetməni itirərək başqa bir maşına çırpılıb. Məlumata görə, qəza nəticəsində piyada da vurulub. 

Yoldan çıxan "Gelandewagen” alovlanıb. Nəticədə sürücü də daxil olmaqla, iki nəfər ölüb.

Virtualaz.org-un məlumatına görə, qəzaya uğrayan "Mercedes Galendevagen" avtomobili Əli Həsənovun nəvəsinə məxsusdur. Miq.az-ın  APA-ya aistinadla verdiyi məlumata görə, ölən sürücünün şəxsiyyəti bilinib. Bu, Mehdi Əliyev adlı şəxs olub. 

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Ölən şəxsin baş nazir mavininin nəvəsinin sürücüsü olduğu da deyilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az