Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxaq Forumu” keçirilib –FOTOLAR

Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxaq Forumu” keçirilib –FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində  «Böyük İpək Yolu” Beynəlxlaq Gənclər  İttifaqının təşkilatçılğı və Gənclər və İdman Nzirliyinin dəstəyi ilə  “Şairələrin 2-ci Beynəlxalq Forumu öz işinə başlayıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.  Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov,  Azərbaycan Yazıçılar Birliyinin gənclər katibi Rəşad Məcid, Yunanıstanın, Hindistanın, Mərakeşin və İraqın  Azərbaycandakı səfirləri iştirak edib.

  
Forumu giriş sözü ilə açan “Böyük İpək Yolu” BGT-nin baş katibi Aydan Kərimli Forumun məqsədləri  haqqında məlumat verdi.  Onun sözlərinə görə, 24 ölkədən Bakıya gəlmiş gənc şairələr üçün bu tədbir əməkdaşlıq və dostluq bayramı olacaq.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Forumu dəstəklədiklərini deyərək qeyd edib ki, “Böyük İpək Yolu” BGT-nin bu Forumu artıq ənənəvi hal almaqdadır.  “İpək Yolu”nun qısa bir vaxt ərzində yaranmasına baxmayaraq təşkilat artıq bir çox maraqlı layihələrə imza atıb. Şairələrin Beynəlxalq Forumu da bu maraqlı  və yaddaqalan layihələrdəndir. Forum həmçinin müxtəlif ölkələrdən gəlmiş  yaradıcı gənclərə Azərbyacanı yaxından tanımaq imkanı verir”-deyə nazir müavini bildirib.


“Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov qeyd edib ki, keçirilən bu Forum mədəniyyətlərarası dialoqa bir töhfədir. “Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar mədəniyyət və ədəbiyyat sahələrində də öz təcəssümünü tapır.  “Müxtəlif ğlkələrdən gəlmiş bu gənclərin Bakıda toplaşması həm ölkəninədəbi mühitində  həm də iştirakçıların yaradıcılığında öz izini qoyacağına əminəm”-deyə  F.Muradov vurğulayıb.
AYB nümayəndəsi Rəşad Məcid hər il bahar vaxtı  bu beynəlxalq forumun artıq ənənəvi hal almasının müsbət aura yaratdığını vurğulayaraq  bu tədbirin dünyanın müxtəlif ölkələrindən gələn gənc şairələrin yaradıcılığında öz əksini tapacağına inandığını bildirib.


Azərbaycanın xalq artisti Fəxrəddin Manafov forumda iştriak edənlərə yaradıcılıq uğruları arzulayıb. Sözün insan həyatında böyük rol oynadığını deyən F.Manafov bu baxımdan yaradıcı adamların üzərinə məsuliyyət qoyduğunu qeyd edib.
Tədbir  əməkdar artist Mehriban Zəkinin şer və musiqi kompozisiyasının təqdimatı ilə başlanıb. Daha sonra Foruma iştriakçısı olan ölkələrin gənc şairələri öz şerlərini oxuyublar. Günün ikinci yarısında isə xalq yazıçısı Çingiz Abdullayev,  Günel Anarqızı və Slavyan Unversitetinin müəllimi Rəhilə Qeybullayevanın iştirakı ilə müxtəlif mövzularda seminarlar təşkil olunub.
 
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az