Bakıda icra başçısı oğluna yarım milyonluq toy etdi - FOTO

Bakıda icra başçısı oğluna yarım milyonluq toy etdi - FOTO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov oğluna təmtəraqlı toy edib. "Unikal.az" xəbər verir ki, toy Gülüstan sarayında baş tutub. 

Belə ki, 1000 nəfərlik zalda xeyli sayda məmur təbəqəsi, qohumlar olmaqla, bəyin dostları da iştirak edib. O da bildirilir ki, toyda ingilis dilində mahnılar ifa edilib, rəqslər olunub.

Gülüstan Sarayında menyunun qiymətinin minimum 310 manat olduğunu nəzərə alsaq, məclisə təxminən 500 min manata yaxın pul xərclənib.

Qeyd edək ki, Gülüstan Sarayı Prezidentin İşlər İdarəsinə məxsusdur və orada adətən dövlət tədbirləri keçirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az