Bakıda iki avtomobil hotelə çırpılıb – Xəsarət alan var

Bakıda iki avtomobil hotelə çırpılıb – Xəsarət alan var
Bakıda iki avtomobil hotelə çırpılıb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Neftçilər prospektində, "Park İnn” hotelinin qarşısında qeydə alınıb. "Mercedes” markalı avtomobil "London” taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az