Bakıda külək tikilini uçurdu - Maşınlar əzildi

Bakıda külək tikilini uçurdu - Maşınlar əzildi
Bakıda güclü küləyin binalardan birinin təmiri üçün istifadə edilən taxta-metal konstruksiyalı tikilini uçurması nəticəsində 2 avtomobilə ziyan dəyib.

Miq.az-ın məlumatına görə, Xəzər rayon İcra Hakimiyyətindən lent.az-a bildirilib ki, Binə qəsəbəsinin mərkəzi küçəsi olan Əli İsazadə küçəsi 3 ünvanındakı binanın qarşısında baş vermiş hadisənin fəsadları aradan qaldırılır.
Uçqun altında qalan avtomobillər təmir edilən binada yaşayan vətəndaşlara məxsus olub və təmiri aparan şirkət sakinlərlə danışıq apararaq ziyanın qarşılanacağına vəd verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az