Bakıda məktəbli qız qaçırıldı

Bakıda məktəbli qız qaçırıldı
Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qız qaçırılıb.
 
Miq.az
"Sputnik”ə istinadən xəbər verir ki, hadisə barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oktyabrın 28-də qızı Mikayılova Xatun Kamran qızı 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlanıb.
 
Hazırda polis əməkdaşları qaçırılan qızın və onu qaçıran şəxsin yerini müəyyənləşdirməyə çalışırlar.
 
Qeyd edək ki, AR CM-ə əsasən, bu cür hərəkətlər 3 min manatdan 4 min manatadək cərimə, yaxud 4 ilə qədər həbs müddəti ilə cəzalandırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az