Bakıda PARTLAYIŞ: 4 nəfər xəsarət aldı

Bakıda PARTLAYIŞ: 4 nəfər xəsarət aldı
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Miq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az