Bakıda sosial şəbəkədə söyüş qanla sonuclandı - 14 yaşlı oğlan bıçaqlandı

Bakıda sosial şəbəkədə söyüş qanla sonuclandı - 14 yaşlı oğlan bıçaqlandı

Bakıda məktəblilər arasında mübahisə qanla bitib.

BAKU.WS-in musavat.com-a istinadən məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində baş verib. 271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü İmanov Bayraməli Rəşad oğlu məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Məktəbin həyətində bıçaqlanan 14 yaşlı şagird 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, bıçaqlanan və hadisəni törədən yeniyetmələr arasında mübahisə gündüz məktəbdə başlayıb. Daha sonra məktəblilər instagram-da mübahisəni davam etdiriblər və bir-birilərinə söyüş yazıblar. Axşam saatlarında isə Rüstəm C. adlı məktəbli Bayraməli İmanova zəng edib və onu məktəbin həyətinə çağırıb. Orda məktəblilər dalaşıblar və Rüstəm özü ilə gətirdiyi bıçaqla Bayraməlini vurub.

14 yaşlı məktəbli hazırda əməliyyat olunur.

Miq.az


 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az