Bakıda uşaq bağçasından oğurluq edildi

Bakıda uşaq bağçasından oğurluq edildi
Xətai rayonu ərazisindəki "Körpələr evi"nin birindən və uşaq bağçasından oğurluq edilib.

Miq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki "Körpələr evi"nin birindən və uşaq bağçasından pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.

Xətai RPİ 34-cü PB və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az