Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi

Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi

Bakıda özünü yandıran kişi ölüb.
Miq.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az