Bakıda özünə və arvadına qəbir qazdıran Rusiyanın Əməkdar geoloqu

Bakıda özünə və arvadına qəbir qazdıran Rusiyanın Əməkdar geoloqu

Rusiyanın əməkdar geoloqu Bakıda özünə və arvadına qəbir qazdırıb, heykəl qoydurdu

II Fəxri Xiyabanda sağ ikən özlərinə qəbir qazdırıb, heykəl qoyduranlar var.

BakıPost-un verdiyi məlumata görə, Rusiyanın əməkdar geoloqu Bakıda özünə qəbir qazdırıb, heykəl qoydurub.

II Fəxri Xiyabanın girişində solda ucaldılmış iki əzəmətli heykəllərdən biri Rusiyanın əməkdar geoloqu (məzar daşının üstündə yazılıb – müəllif.) Faiq Məmmədova, yanındakı isə həyat yoldaşı Hacı Svetlana Məmmədovaya məxsusdur.

Qəbiristanlıqdakı molla hər iki məzarın sahibinin sağ olduğunu və onların ər-arvad olduqlarını deyib.

Mollalar danışırlar ki, Azərbaycanda özünə yer götürüb qəbir qazdırmaq ənənə halını almaqdadır. Buna bir səbəb Bakıdakı qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdırsa, başqa bir səbəb öz yaxınlarına etibarsızlıqdır. Ona görə də imkanı olan adamlar o dünyadakı evlərini də tikdirirlər. Üstəlik, onlar pul verib böyük bir ərazini hasarlayır, mərmər döşətdirirlər.

Qiymətlərə gəlincə, müxtəlif rəqəmlər var. Əvvəla, II Fəxri Xiyabanda yalnız görkəmli xadimlər, tanınmış insanlar, şəhidlər və siyasət, elm adamları dəfn olunur. Amma kimin pulu varsa, o da fəxri mərhuma çevrilə bilər.


 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az