Bakının mərkəzində sürücünün ürəyi partladı – VİDEO

Bakının mərkəzində sürücünün ürəyi partladı – VİDEO
Bakıda faciəvi hadisə baş verib. 

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, Səbail rayonu Niyazi küçəsində avtomobil sürücüsü ölüb.

Saat 15:00 radələrində Niyazi küçəsində hərəkətdə olan avtomobilin sürücüsünün halı qəfil pisləşib. O, idarəetməni itirib və avtonəqliyyat vasitəsi yolun kənarında olan maneəyə çırpılıb. 

Təcili tibbi yardım briqadası gələnədək sürücü keçinib.

İlkin məlumata əsasən, sürücünün ürəyi partlayıb. Qeyd olunur ki, avtomobildə uşaqlar da olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az