Bakının mərkəzində “yaşıl terror” - Ağacları kəsib obyekt tikmək istəyirlər - VİDEO

Bakının mərkəzində “yaşıl terror” - Ağacları kəsib obyekt tikmək istəyirlər - VİDEO


Bakıda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu gün Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6. (Madonun arxasi) ünvanında iri gövdəli ağaclar məhv edilib.
Sakinlərin çoxsaylı müraciətlərindən sonra hadisə yerinə aidiyyəti qurumların əməldaşları gəlib.
Amma onlar gələnə kimi ərazidə iki ədəd tut, iki ədəd "Çörək ağacı” kökündən kəsilib. Məlumata görə ağacları kəsməkdə məqsəd həmin yerdə obyekt tikməkdir. Bildirilir ki, ağacları kəsdirən şəxs həmin ünvandakı evin sahibidir.
İş günü olmadığından məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.
Əlavə məlumat veriləcək.
[video=http:// ]



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az