Bağlanan banklarla bağlı yeni qərar
Bakı Fond Birjası QSC (BFB) bağlanan
bağlana banklarla bağlı qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, BFB
"EvroBank" və "Azərbaycan Kredit Bankı" ASC-lərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlar ilə ticarət üçün, eləcə də investorların
mənafelərinin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq, Bakı
Fond Birjası QSC (BFB) müvafiq sorğuların cavablandırılmasınadək hər iki
qurumun qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.
Xatırladaq ki,
Azərbaycan Mərkəzi Bankı idarə heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə məcmu
kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları
qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın
verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "EvroBank"
ASC-nin və "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyaları ləğv
edilib.
Bank lisenziyasının ləğvi barədə qərar iyulun 16 -da qüvvəyə minəcək.
Məlumat verildiyi kimi, iyulun13-dən Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən "Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş
müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.
Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirir ki, "Azərbaycan
Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və
onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər
mövcuddur.
Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
Qeyd edək ki, bundan öncə də bir bankın lisenziyası ləğv edilib. Mərkəzi
Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və
digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi,
bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə
problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən
bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması
üzrə davamlı olaraq tədbirlər görür.
Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər
tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
10.07.2015-ci il tarixli iclasında
Vətəninfo.az