ABŞ prezidenti Barak Obama Texas ştatında Ebola diaqnozu qoyulan ikinci tibb bacısı 29 yaşlı Amber Vinson xəstəxanadan çıxdıqdan sonra ona zəng edib.
Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, eyni zamanda Amerika prezidenti keçən həftə Ebola xəstəliyindən sağalan tibb bacısı Ninan Phamla da əlaqə saxlayıb.
Prezidentin sözlərinə görə, hər iki tibb bacısı yaxşı olduğunu deyib.
Barak Obama deyib ki, Amerikalıların Ebola xəstəliyinə yalnız iki adamın yoluxduğunu və onların hər ikisinin indi sağaldığını yadda saxlaması vacibdir.
ABŞ prezidenti epidemiyanın başladığı Qərbi Afrikada xəstəliyin yayılmasının qarşısının alınmasının vacibliyini də vurğulayıb. O, Ebola xəstəliyinin qarşısının alınacağını və onunla mübarizədə qələbə əldə ediləcəyini deyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib