Bazarda ət bahalaşdı - VİDEO

Bazarda ət bahalaşdı - VİDEO

Bakıda mal və qoyun əti bahalaşır. Qiymət artımına şəhərin əksər kəsim və satış məntəqələrində rast gəlmək mümkündür.

Miq.az xezerxeber.com-a istinadən bildirir ki, satıcıların sözlərinə görə, qiymət artımı canlı heyvanın bahalaşması ilə bağlıdır.

Onlar bildirirlər ki, qiymət artımı sentyabrın sonlarına qədər davam edəcək. Mal əti ilə yanaşı qoyun əti də nisbətən bahalaşıb.

Bölgələrdə də qoyun ətinin qiymətində artım hiss olunur. Qəssablar bunu heyvan qıtlığı ilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mal və qoyun ətinin bahalaşması üçün xüsusi səbəb yoxdur. Sadəcə ümumi istehlak bazarında müəyyən qədər bahalaşma olduğundan, bu ətin qiymətinə təsir göstərib.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az