Bəhram Bağırzadə ilə bağlı daha bir açıqlama: "Başqa xəstəlikdən əziyyət çəkir"

Bəhram Bağırzadə ilə bağlı daha bir açıqlama:


"Allah köməyin olsun, sənətkar... Amma mən bildiyim, eşitdiyim qədər sən koronavirusdan yox, başqa xəstəlikdən əziyyət çəkirsən”.
 
Bunu aktyor Kamran Yunis Bəhram Bağırzadə ilə bağlı deyib.

 
"Lütfən insanları siyasət qurbanı eləməyin. Lütfən. Bəy, Allah sizə və bizə yar olsun!!!” – K.Yunis əlavə edib.

 
Qeyd: Yayılan məlumata görə, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. (pravda.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az