Bəkir Orucov İlham Əliyevə məktub yazıb - ÖZƏL

Bəkir Orucov İlham Əliyevə məktub yazıb - ÖZƏL
"Tərtər işi” ilə bağlı ittiham olunaraq 6 il 6 ay azadlıqdan məhrum edilən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov Prezident İlham Əliyevə məktub yazıb.

Gununsesi.info-nun xəbərinə görə, günahsız həbs olunduğunu vurğulayan general iddia edib ki, hərbçilərə verilən işgəncələrdən bixəbər olub.

Məhkəmə prosesinin obyektiv aparılmadığını vurğulayan general bildirib ki, ədalətli araşdırma aparılsaydı Müdafiə Nazirliyinin daha yüksək vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunardı.

"Mən şəxsən nə işgəncələrdə iştirak etmişəm, nə də bu haqda kiməsə göstəriş vermişəm” deyən Orucov ordudakı xidmətlərinin nəzərə alınaraq azadlığa buraxılmasını xahiş edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham irəli sürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az