Belarus Müdafiə Nazirindən Qarabağ zəngi

Belarus Müdafiə Nazirindən Qarabağ zəngi
Belarusun Müdafiə naziri Andrey Ravkov Azərbaycan və Ermənistandan olan həmkarlarına zəng edib.
 
Miq.az Axar.az-a istinadən  xəbər verir ki, Ravkov Belarus prezidenti adından həmkarları ilə telefon söhbəti zamanı cəbhədə yaranmış situasiya barədə müzakirələr aparıb.
Bundan əlavə, Belarusun Xarici İşlər Naziri Vladimir Makey Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarova zəng edib. Söhbət zamanı baş verən son hadisələr müzakirə olunub.
Məlumata görə, Vladimir Makeyin Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla da telefon söhbəti planlaşdırılır.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az