Belarus rüsum ödəmədən rus neftini alır

Belarus rüsum ödəmədən rus neftini alır
Moskva Belarusu cəzalandırır.
 Miq.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Artıq Rusiya rəsmən Belarusa neft məhsullarının ixracını dayandırıb. Buna əsas səbəb kimi Minskin tərəflər arasında əldə olunan razılaşmaya əməl etməməsi göstərilib:
"Belarus rüsum ödəmədən rus neftini alır və əvəzində Rusiyaya neft məhsulları tədarük edir. Belarus benzininin Rusiya bazarında ənənəvi payı 3-5% arası dəyişir. Lakin 2016-cı ilin yanvarında Minsk özünün şərq qonşusuna 239 ton neft məhsulu ötürə bilib. Fevral ayında isə tədarük, ümumiyyətlə, dayanıb. Belarus Baş nazirinin müavini Vladimir Semaşko fevralın əvvəlində ölkənin Rusiyaya benzin tədarük etməsinin Minsk üçün fayda gətirmədiyini bəyan edib. Bu, təəccüblü deyil. Axı beloruslar benzini avro ilə Avropaya ixrac etmək yerinə onu Rusiyaya rubl qarşılığında göndərməyə məcbur olurlar. Rublun ucuzlaşdığını nəzərə alsaq, o zaman fərq tam aydın olar. Martın əvvəllərində Ai-95 benzininin pərakəndə qiyməti Rusiyada 0,48 avro, Almaniyada isə 1,22 avro olub. Belorusa hazırda pul lazımdır ki, iqtisadiyyatını saxlaya bilsin. Keçən il ölkənin qızıl ehtiyatı 889,3 milyon dollar azalaraq, 4,17 milyard dollar olub. Yanvar ayında isə bu göstərici 149 milyon dollar da azalıb”.
Qeyd edək ki, Rusiya bu gündən etibarən "Qazprom” və "Tatneft” şirkətlərinin Belorusa neft məhsulları ötürməsinə qadağa qoyub.
 Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az