Beyləqanda avtomobil ağaca çarpıldı - Ölən var

Beyləqanda avtomobil ağaca çarpıldı - Ölən var

Beyləqan rayonunda yol qəzası olub.

Miq.Az xəbər verir ki, yanvarın 29-da saat 20 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi "VAZ-21099” markalı avtomobili ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az