Bəylər Əyyubov küsülüləri barışdırıb

Bəylər Əyyubov küsülüləri barışdırıb

“Vətəninfo.az”ın “Azadlıq.info”ya istinadən verdiyi məlumata görə, Bəylər Əyyubovun göndərdiyi nümayəndə Bərdənin icra başçısı Vidadi Isayevlə rayonun mədəniyyət və turizm idarəsinin sabiq müdiri Soltan Həsənovu barışdırıb. Bu barədə “Azadlıq”a Bərdədəki mənbə məlumat verib. Oxucuların diqqətinə çatdıraq ki, martın 29-da icra başçısı ilə sabiq idarə müdiri arasında insident baş vermişdi. Soltan Həsənov “Azadlıq”a bildirmişdi ki, Vidadi Isayev Bərdəyə idcra başçısı təyin olunandan onunla yola getmir: “Onun mənə qarşı mənfi münasibətinin arxasında da mənimlə işləmək istəməməsi dayanır. Çünki mən həmişə öz sözümü deyən adamam. Bu adama isə qul lazımdır. Nəhayət, martın 29-da günorta saatlarında o məni yanına çağırdı. Aramızda gərgin söhbət oldu, o məni təhqir etdi. Axşam saatlarında isə icra hakimiyyətində iclasa getdim. Vidadi Isayev orada da mənim əleyhimə danışdı. Mən də öz sözümü dedim. Dedim ki, keçmiş Lenin parkını mənə təmir etdirmisiz. Bu işə 200 min manat pul xərcləmişəm. 

Iclasdan sonra isə onun müavini Vidadi Imanquliyev mənə kəllə atdı. Lakin zərbədən yayına bildim". Insidentdən bir neçə gün sonra Soltan Həsənov ərizəsini yazaraq işdən çıxıb.

Lakin dünən aldığımız məlumata görə, Bəylər Əyyubova yaxın şəxslərdən biri ilə möhkəm dost imiş. Soltan Həsənov baş verənləri onun diqqətinə çatdırıb. Və həmin şəxs də bu günlərdə Bərdəyə gedərək Vidadi Isayevlə Soltan Həsənovu barışdırıb. O, Bəylər Əyyubovun adından hər iki şəxsə bildirib ki, konfliktə son qoyulmalıdır. Bundan sonra Soltan Həsənovun ərizəsi geri qaytarılıb və o, işə bərpa olunub. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az