Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 2015/16-cı tədris ili üçün məzun monitorinqi aparılıb.
Monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 53%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 22% magistraturaya qəbul olunub, 7% isə hərbi xidmətdədir. Beləliklə, kifayyət qədər yüksək olan 82% göstərici əldə olunub.

Monitorinq zamanı məzunlardan 7%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.
Məzunların işlədiyi şirkət və təşkilatlar arasında Azercell Telecom MMC, Samsung Electronics Caucasus LLC, Ateshgah Insurance Co, Ernst and Young Holdings, SOCAR, Bank of Baku, Bakı Fond Birjasi var. Məzunlar təhsillərini Middle East Technical University (ODTÜ), Eberhard Karls University of Tubingen, University of Applied Sciences, Budapest Business School, International School of Economics at Tbilisi State University kimi nüfuzlu universitetlərdə davam etdirirlər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az