Beynəlxalq QHT-lər Metsamora qarşı birləşir

Beynəlxalq QHT-lər Metsamora qarşı birləşir

02 iyun 2016-cı il, saat 11:00-da Türkiyə, İsrail, Ukrayna, İran, Belarusiya, Rusiya, Qazağıstan, Ermənistan, Gürcüstan və Azərbaycan QHT-lərinin iştirakı ilə "Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçiriləcək.

Konfransda 1976-cı ildə istifadəyə verilmiş və artıq istismar müddəti bitmiş Metsamor AES-in region üçün törətdiyi təhlükə ilə bağlı yerli və beynəlxalq ekspertlərin məruzələri dinləniləcək.

Toplantının sonunda Metsamor AES-in bağlanmasına nail olmaq üçün koalisiya yaradılacaq və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunacaq.(azvision.az)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az