Milli Şuraya daxil olan siyasi partiyaların martın 15-də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə təşkil etdiyi mitinq həm müxalifət,həm də iqtidar düşərgəsində təmsil olunan siyasilər tərəfindən xalqın mitinqə mənfi münasibət göstərməsini Milli Şuranın xalq içərisində mövcud olan reytinqinin aşağı düşməsi kimi dəyərləndirdilər. Amma Müsavat partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Vətəninfo.az-a müsahibəsində səsləndirilən fikirlərlə razılaşmır.
-Bu mitinq əvvəlki aylarda müxalifətin keçirdiyi mitinqlərdən daha kütləvi idi. Amma indiki böhran və əhalinin artan narazılığı fonunda gözlədiyimiz qədər izdihamlı olmadı...
Amma müxalif siyasilərin özləri də mitinqin razılaşdırılmış formada olmasına baxmayaraq xalqın mitinqə gəlmədiyini və istədikləri kütləni toplaya bilmədiklərini deyirlər?
-Hansi təşkilatın təşkil etməsindən asılı olmayaraq demokratik etiraz aksiyalarını dəstəkləmək lazımdır.Bunu bizdən müsavatçı ləyaqəti tələb edir.Biz kimlərinsə qərəzli yanaşmalarına əhəmiyyət verməməliyik.Milli Şuranın əvvəlki mitinqinə İsa bəy və Arif bəy başda olmaqla müsavatçılar qatıldılar,sonrakı dəfə isə mitinqi təşkil etməklə bağlı Milli Şuraya bir də təklif edildi,amma yenə də onlardan səs çıxmadı.Buna baxmayaraq yenə də Müsavat Partiyası öz üzvülərinin iştirakına sərbəstlik verdi. Şəkillərdən də görünür ki,xeyli sayda müsavatçılar mitinqə qatılmışlar.Bir daha aydın göründü ki,hər zaman olduğu kimi Müsavat Partiyası öz qrup maraqlarını yox ümummilli maraqları öndə tutur.
Mustafa bəy-Müsavatın təklifləri Milli Şura tərəfindən qəbul edilməməsinin səbəbi nədir? tarixi qısqanclıq, yoxsa liderlərin firqə maraqları?
-Bu sualı onların özlərinə ünvanlayın lütfən.
Sizin mövqeniz nədən ibarətdir?
-Müsvatın mövqeyi bəllidir - biz siyasi məhbusların azad olunması, demokratik seçki mühitinin yaradılması, saxtakarlığa qarşı mübarizə, korrupsiyaya qarşı mübarizə və bu kimi ümummilli məsələlərdə bütün partiyalarla funksional əməkdaşlığın tərəfdarıyıq. Konkret son mitinqlərlə bağlı isə Müsavat rəhbərliyinin müraciəti vardı. Həmin müraciətə indiyəcən cavab verilməyib.
Kənan
Vətəninfo.az