“Bir neçə saniyəyə aşıraram...” – Tramp Baydeni rinqə çağırdı

“Bir neçə saniyəyə aşıraram...” – Tramp Baydeni rinqə çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı hökumət başçısı Co Baydeni boksda asanlıqla məğlub edə biləcəyini söyləyib.

Miq.Az xəbər verir ki, keçən il seçkilərdə Co Baydenə məğlub olan Donald Tramp boks yarışlarının şərhçisi olub.

Keçmişdə televiziyada realiti şou təcrübəsi olan Tramp Evander Holfild və Vitor Belfort arasında keçirilən matçın yayımı zamanı Baydeni də unutmayıb.

"Boks döyüşü üçün peşəkar birini seçmək çətin olardı. Bunun üstündən keçirəm, çünki bu çox təhlükəlidir. Ancaq Baydenlə döyüşmək yəqin ki, mənim üçün çox asan olardı. Baydeni çox asan və tez aşırdardım. İlk saniyələrdə yerə sərilərdi”, - Tramp qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az