Birlik Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi qurultay öncəsi müzakirə apardı

Birlik Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi qurultay öncəsi müzakirə apardı

Səftər Rəhimli: «DAK-ın ayrı-ayrı qanadlar altında fəaliyyət göstərməsi ümimu işin xeyrinə deyil»

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Birlik Qurultayına Hazırlıq üzrə Təşkilatı Komitəsi bu ayın 27-29-da Belçikanın paytaxtı Brüsseldə keçirəcəkləri Qurultay öncəsi mətbuat konfransı keçirdi. «Vətəninfo»nun məlumatına görə, tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri Səftər Rəhimli bildirdi ki, Güney Azərbaycanın belə bir vaxtında DAK-ın ayrı-ayrı qanadlar altında fəaliyyət göstərməsi ümimu işin xeyrinə deyil. Onun sözlərinə görə, DAK-ın birləşməsi yönündə hər iki tərəflə danışıqlar aparılır. Keçirilməsi nəzərdə tutulan qurultay da məhz bu məqsədə xidmət edir. Tədbirdə çıxış edən DAK-ın fəxri sədri, professor Qulamrza Səbri Təbrizi  bildirdi ki, fəaliyyət dövründə DAK-ın birliyi yönündə iş aparıb. Onun sözlərinə görə, DAK diaspor təşkilatı kimi fəaliyyət göstərməlidir: “Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır. Bu gün dünyanın demək olar ki, hər yerində Azərbaycanı tanıyırlar. Dünyanın əksər ölkəsi Azərbaycanla əməkdaşlıq etməyə can atır. Belə olan halda biz diaspor quruculuğu sahəsində olan işlərdə daha aktiv olmalıyıq. Biz çalışmalıyıq ki, DAK güclü diaspor təşkilatı olsun. Güneylə və digər məsələlərlə bağlı konkret məsələləri otraya qoysun”. DAK-ın keçmiş sədri Cavad Derəxti təşkilatın parçalanmasında özünü təqsirkar bildiyni önə çəkdi: “2007-ci ildən bu yana fəaliyyətimiz dövründə DAK ikiyə parçalanıb. Bəlkə də bu parçalanmada mənim də müəyyən rolum var. Buna görə mən özümü müqəssir sayıram. Ancaq mən fəaliyyətim dövründə hər zaman DAK-ın bir yerdə olmasını arzulamışam. Bu yöndə fəaliyyət aparmışam. Mən istəyirəm ki, DAK güclü diaspor təşkilatı olsun. DAK İdarə Heyətində təmsil olunanlar qurum adından sui-istifadə hallarına yol verməsin. DAK Güneydə baş verən proseslərə dəstək olsun”. C.Derexti bildirdi ki, Brüsseldə keçirilən qurultay öncəsi, aprelin 27-də Şumen meydanında mitinq keçirilməsi planlaşdırılıb. Mitinqdə ermənilərin işğalçı olması, Azərbaycanın 20 faiz topraqlarını işğal etməsi, Azərbaycan ərazilərində müxtəlif soyqırımlar, qətliamlar törədilməsi diqqətə çatdırılacaq. DAK idarə Heyətinin üzvü Mirəşrəf Fətiyev Təşkilat Komitəsi haqqında məlumat verdi. Bildirdi ki, 21 nəfərdən ibarət olan Təşkilat Komitəsində hər iki DAK-dan 7 nəfər, həmçinin 7 nəfər bitərəf üzvlər iştirak edir. Onun sözlərinə görə, belə bir qurultay keçirməkdə məqsəd DAK-ın layiq olduğu adını özünə qaytarmaqdan ibarətdir: “DAK öz adını doqrultmalıdır”. M.Fətiyev onu da bildirdi ki, Qurultaydan sonra DAK üzvləri ilə Avropa Parlamenti üzvləri arasında görüşün keçirilməsi planlaşdırılıb. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli bildirdi ki, DAK-ın fəaliyyətində müəyyən qaranlıq məqamlar var. Onun sözlərinə görə, hazırda DAK-ın fəaliyyəti nəzərə çarpacaq dərəcədə deyil: “DAK-ın Güneylə eləcədə digər məsələlərin həlli ilə bağlı vahid proqramı olmalıdır. Biz o proqramı müzakirə etməliyik. Ancaq nədənsə hələ indiyənə kimi belə bir proqramla tsanış ola bilməmişik”.

Əli Zülfüqaroğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az