"Biz döyüşürük, Qərb ölkələri uzaqdan izləyir" - Zelenski


"Biz yalnız döyüşürük. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

Miq.Az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.

"İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, - o söyləyib.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib: "Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – red.) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az