"Biz sizə əsl "kommunizmsizləşdirməni" göstərərik..." - Putin Ukraynanı hədələdi
Putin "DXR" və "LXR" qondarma qurumları rəsmən tanıdı.
Fevralın 21- də axşam Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə ölkə vətəndaşlarına müraciət edib. O, elan edib ki, Rusiya Ukraynanın şərqində qondarma separatçı qurumları- Donetsk və Luqansk "xalq respublikalar"nın suverenliyini tanıyıb. Putin müvafiq fərmanları fevralın 21- də imzalayıb. O, həm də Rusiya ilə "DXR" və "LXR" arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri də imzalayıb.
Ukraynanın suverenlik hüququndan imtina edilməsi
Son dərəcə kəskin müstəmləkəçilik ritorika ilə Putin Ukraynanın guya "Rusiya ərazisindən qopması" nəticəsində meydana çıxması və Lenin tərəfindən süni surətdə yaradılması barədə öz tezislərini ifadə edib. Bu kontekstdə Putin hədələyici tonda "Ukraynaya əsl "kommunizmsizləşdirmə"ni göstərəcəyi" vədini səsləndirib.
Putin həmçinin qeyd edib ki, Ukraynanın "heç vaxt əsl dövlətçilik ənənələri olmayıb", Donbası isə onun tərkibinə Leninin direktivləri ilə "pərçim ediblər".
Rusiya lideri vurğulayıb ki, "Ukrayna bizim üçün, sadəcə, qonşu dövlət deyil, bizim öz tariximizin, mədəniyyətimizin, mənəvi məkanımızın ayrılmaz hissəsidir".
Rusiya prezidenti nitqinin xeyli hissəsini Kiyevin "asılıllq"da qınamasına həsr edilib.
"Ukraynanın Rusiya tərəfindən 1991- 2013- cü illərdə verilən kreditlərdən, qaz tədarükünə güzəştlərdən və digər imtiyazlardan qazandığı mənfəət təxminın 250 milyard dollar təşkil edib", - Putin belə deyib.
Qərbin ünvanına ittihamlar
2014- cü ildə Ukraynada hakimiyyət dəyişikliyinə gətirib çıxaran etirazlarda Putin ABŞ-ı ittiham edib.
Onun sözlərinə görə, ABŞ səfirliyi Maydanın maliyyələşdirilməsi üçün hər gün guya bir milyon dollar vəsait ayırıb.
Rusiya lideri Rusiya Federasiyasının protektoratı altında "DXR" və "LXR" qurumlarının yaradılmasının öz versiyasını irəli sürüb. Onun sözlərinə görə, 2014- cü ildə "hakimiyyəti ələ keçirən radikallar" Ukraynada "əsl terror təşkil edib", Donbas sakinləri isə "öz torpağında yaşamaq və doğma ana dilində danışmaq haqqını müdafiə edib".
Putin həmçinin Ukraynaya "Qərbin təsiri" mövzusunu geniş şərh edib. Məsələn, onun fikrinə görə, qonşu ölkə "oyuncaq rejimi olan müstəmləkə səviyyəsinə endirilib". Rusiya prezidentinin sözlərinə görə, Kiyevdə "Ukrayna pravoslav kilsəsinin Moskva patriarxatlığına divan tutmağa hazırlaşırlar" və Krımda bəzi İslam terrorçu özəklərinin, o cümlədən Qərbin xüsusi xidmət orqanlarının dəstəyi ilə fəallaşmasına bel bağlayırlar.
"Aqressiv hərəkətlərə, ekstremistlərin, o cümlədən radikal İslam təşkilatlarının özəklərinə, ən mühüm obyektlərdə terrorçu hərəkətlərin törədilməsi üçün diversiya qruplarının göndərilməsinə istinad edilir. Belə aqressiv hərəkətlərin Qərbin xüsusi xidmət orqanlarının dəstəyilə həyata keçirilməsi barədə bizim birbaşa sübutlarımız var",- Putin Krımda vəziyyəti şərh edərkən belə deyib.
Rusiya lideri həmçinin özünün NATO- ya iddialarını da səsləndirib. Onun sözlərinə görə, alyansın rəhbərliyi "bizim etirazlarımıza tamamilə etiasız yanaşır". Onlar bu etirazlara tüpürüb və özlərinə lazım olan nə varsa edib" , - Putin vəziyyəti belə təsvir edib.
Onun fikrincə, Ukraynanın NATO- ya qəbulu və bu ərazidə silahlarını yerləşdirməsi "həll olunmuş məsələdir".
Onun anladığına görə, Ukraynanın amerikalıların "köməyi ilə" Borispolda, İvanofrankovskda, Çuquyevdə və başqa yerlərdəki hava limanları "alyansın hərbi hissələrinin qısa müddətdə köçürülməsini" təmin edə bilər.
Putinə görə, belə hipotetik vəziyyətdə "Rusiya üçün hərbi təhdidlərin səviyyəsi dəfələrlə artacaq".
Onun sözlərinə görə, ABŞ- ın strateji müdafiə sənədlərində Rusiyanın raket qurğularına ilkin zərbə endirilməsi imkanı nəzərdə tutulub və müharibə meydanı kimi Ukrayna olacaq.
Rusiya prezidenti həmçinin ABŞ- ı Şimali Qafqazda terrorçulara dəstək verməkdə və Birləşmiş Ştatları "Rusiyadan düşmən obrazı yaratmaqda" ittiham edib. Qərbin hipotetik motivasiyasını o, belə təsvir edib: "Sadəcə, onlara Rusiya kimi belə böyük və müstəqil ölkə lazım deyil".
Qərb ölkələri tərəfindən cavab sanksiyalarının tətbiq edilməsi barəsində Rusiya prezidenti bəyan edib ki, sanksiyalar "Rusiyanın hərbi gücü artdıqca" onsuz da tətbiq ediləcəkdi.
"Bəhanə talpılacaq və saxtalaşdırılacaq, ya da heç bir bəhanə olmadan da tətbiq ediləcək, sadəcə, ona görə ki, biz varıq", - Putin bəyan edib.
Reaksiyalar
Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, "DXR" və "LXR" qurumlarının tanınması beynəlxalq hüquqa ziddir, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün misli görünməyən pozulmasıdır". Onun fikrinə görə, bu, "çox pis siqnaldır".
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Şarl Mişel birgə bəyanatda vurğulayıb ki, qondarma qurumların tanınması "beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır". Bəyanatda əlavə edilir ki, blok "sanksiyalarla cavab verəcək" və "Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiq edir".
"Detaly", İsrail
Miq.Az