"Biz tolerantlıq ola bilərik, amma onun da bir yerə qədər sərhəddi var"
"Azərbaycanda Avropa və Amerikada olduğu kimi eynicinsli insanların nikahına heç zaman icazə verilə bilməz".
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra
katibin müavini Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı qeyd
edib ki, düzdür, Azərbaycan multikultural və tolerant ölkədir. Bu
baxımdan o, bütün dünyaya nümunə ola bilər. Amma tolerantlığın da bir
sərhədi var və bəzi məsələlərdə o sərhədi aşmaq olmaz: "Demokratiyanın
tərifində deyildiyi kimi, mənim tolerantlığım sizin tolerantlığınızın
sərhədində bitməlidir. Tolerantlıq öz mövqeyindən imtina etmək deyil.
İndi tolerantıq deyə Avropada, Amerikada bəşəriyyət əleyhinə, Allah
əleyhinə, insanlıq əleyhinə olan hərəkətləri bizdə təkrar etməliyikmi?
Məsələn, eynicinslilərin nikahına biz də icazə verməliyikmi? Biz də bunu
təkrar etməliyikmi? Xeyr, etməməliyik! Heç vaxt etməməliyik! Biz
tolerantlıq ola bilərik, amma onun da bir yerə qədər sərhəddi var".