Bizdən üzr istədikdən sonra yenidən bu cür addımlar atırdılar: - Səməd Seyidov

Bizdən üzr istədikdən sonra yenidən bu cür addımlar atırdılar: - Səməd Seyidov
Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib.

Miq.az xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 29-da keçirilən plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər:

"Bizdən üzr istədikdən sonra yenidən bu cür addımlar atırdılar. Əslində Avropanın 120 deputatı bu sənədə qarşı çıxış etdi. Macarıstan, İtaliya, Avropa Birliyinə daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr AP-nin addımına cavab verdilər. Gürcüstan bu məsələyə şillə kimi cavab verdi. Hesab edirəm ki, bizim üçün bu addımlara qarşı birləşmək vacibdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az