BMT-dən bütün ölkələrin yoxa çıxacağı ilə bağlı XƏBƏRDARLIQ

BMT-dən bütün ölkələrin yoxa çıxacağı ilə bağlı XƏBƏRDARLIQ

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxış edərək dəniz səviyyəsinin qalxması səbəbindən bibliya nisbətində faciənin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bütün ölkələrin siyasətçilərini bu fəlakətdən əziyyət çəkə biləcək insanlara necə kömək etmək mümkün olduğu barədə düşünməyə çağırıb.

Quterreş hesab edir ki, hazırda təxminən bir milyard insan alçaq sahil ərazilərində yaşayır və onların hamısı risk altındadır.

"Buzlaqların əriməsinin davam etməsi ilə təkcə ada dövlətləri deyil, Banqladeş, Çin, Hindistan və Hollandiya kimi ölkələr də risk altında olacaq", - o xəbərdarlıq edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az