BMT-nin Baş katibi daha dəhşətli COVID ştammı barədə xəbərdarlıq edib

BMT-nin Baş katibi daha dəhşətli COVID ştammı barədə xəbərdarlıq edib

BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, COVID-19-un növbəti versiyası "Omikron”dan daha dəhşətli ola bilər və dünya ictimaiyyəti pandemiya ilə mübarizə aparmaq üçün fövqəladə rejimə keçməlidir.

Baş Assambleyanın iclasında 2022-ci ildə beynəlxalq təşkilatın prioritetləri barədə danışan Quterreş, "COVID-19-a qarşı mübarizədə fövqəladə vəziyyət rejiminə keçməliyik. "Omikron” daha bir xəbərdarlıqdır. Növbəti variant daha dəhşətli ola bilər”, deyib.

BMT-nin baş katibi əlavə edib ki, virusun bütün dünyada yayılmasının dayandırılması qarşıdakı ildə də gündəmdə qalmalıdır. (oxu.az)
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az