BMT qorxunc açıqlama yayıb

BMT  qorxunc açıqlama yayıb

Aralıq dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 500-dən çox insanın həlak olması olduqca faciəvi durumdur.
 
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya üzrə Komissiyası məlumat yayıb.
 
"Liviyadan İtaliyaya doğru hərəkət edən zaman batan gəmidən 41 nəfər xilas edilib. Onlar hadisə nəticəsində ən azı 500 nəfərin dənizdə boğulduğunu bildiriblər. Bu, son bir il ərzində Aralıq dənizində yaşanan ən böyük faciələrdən biridir”, - məlumatda bildirib.
 
Məlumatda xilas edilənlərin Somali, Efiopiya, Misir və Sudan kimi ölkələrdən olduqları bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az