Vətəninfo.az xəbər verir ki, Bolqarıstan 2016-cı ildən etibarən Azərbaycandan qaz idxalına başlamaq niyyətindədir.
“APA-Economics”in Bolqarıstanın NewsBG.ru xəbər portalına istinadən bildirir ki, bu barədə adıçəkilən ölkənin iqtisadiyyat və energetika nazirinin müavini Anton Pavlov deyib. A. Pavlovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.
“Bildiyiniz kimi, cari ilin payızında Yunanıstanla Bolqarıstan arasında qaz borusunu tikintisi ilə bağlı yekun investisiya qərarı veriləcək. Sözügedən borunun tikintisi 2016-cı ildə başa çatacağı gözlənilir. Bolqarıstan prezidenti Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə 2016-cı ildən etibarən Azərbaycan qazının Bolqarıstana idxalı ilə bağlı danışıqlar aparacaq. Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”. – deyə o bildirib. Nazir müavinin sözlərinə görə, qaz nəqlinin illik həcmi 200-300 mln. kubmetr təşkil edə bilər.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib