Britaniya ordusunun baş qərargah rəisi: “Rusiya ilə müharibəyə hazır olmalıyıq”

Britaniya ordusunun baş qərargah rəisi: “Rusiya ilə müharibəyə hazır olmalıyıq”

Rusiya öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edir. 

Bunu Britaniya Silahlı Qüvvələrinin baş qərargah rəisi general Nik Karter bəyan edib.

"Rusiya davamlı mübarizə şəraitindədir. O, özünü Britaniyaya qarşı müharibədəki kimi hiss edir. Odur ki, Rusiya ilə müharibəyə hazır olmalıyıq ”, - deyə general "Sky News” telekanalına müsahibəsində bildirib.

Bununla yanaşı, o, Rusiyanın əsl müharibədən yayındığını da qeyd edib.

Generalın sözlərinə görə, bu ölkə hərbi əməliyyatlarla deyil, "daha incə üsullarla” öz məqsədlərinə çatmağa çalışır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az