“Bu, “eşitdiyini doğru anlamamaq” problemidir” - Nazirdən deputata cavab

“Bu, “eşitdiyini doğru anlamamaq” problemidir” - Nazirdən deputata cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev "Facebook”da sözügedən məsələyə aydınlıq gətirib.

"Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, – deyə nazir bildirib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az