Bu gecə Qəzza zolağından 200-dən çox raket atılıb – İsrail tərəfi

Bu gecə Qəzza zolağından 200-dən çox raket atılıb – İsrail tərəfi

İsrail ordusu bu gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atıldığını açıqlayıb.

Miq.Az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti raketlərin yarıdan çoxunun raketdən müdafiə sistemi tərəfindən məhv edildiyini qeyd edib.

"Bu gün saat 07:00-a olan məlumata görə, dünən saat 19:00-dan etibarən Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atışı qeydə alınıb. Atılan raketlərin 30-a yaxını Qəzza zolağına düşüb. Raket əleyhinə müdafiə sistemi 100-dən çox raketi məhv edib”, - deyə bildirilib.

Bundan əvvəl İsrail ordusu HƏMAS-ın Qəzzada yerləşən hərbi kəşfiyyat obyektinə zərbə endirdiyini bildirmişdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az