"Bu gənclər, müharibə başlayarsa, günü sabah ön cəbhəyə yollanmağa hazırdırlar"
"Kommersant"ın müxbiri Kiril Krivoşeyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıya səfər edib.
Miq.az axar.az-a istinadən bildirir ki, "Kommersant" Azərbaycan paytaxtının döyüş xəttindən aralıda yerləşməsinə baxmayaraq, vətənpərvərlik əhval-ruhiyyəsinin artmasının burada da özünü göstərdiyini yazıb:
"Bakıda işğal olunmuş əraziləri azad etmək ideyasını dəstəkləyən vətənpərvərlik plakatları o qədər də çox deyil. Cəbhə bölgəsində döyüşlərin getdiyini yerli kafelərdə göstərilən televiziya reportajlarından, maşın və eyvanları bəzəyən bayraqlardan bilmək olar.
Bu günlər ərzində bir qrup kişi inzibati binaların önünə yığışaraq ön cəbhəyə göndərilmək istəyini bildirdi. Hakim qüvvələr isə özəl heyətin mövcud olduğunu və könüllülərə ehtiyac olmadığını açıqladı.
Buna baxmayaraq, həm tələbələr, həm köhnə bakılılar müharibəyə getməyə hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini deyirlər".
Ən böyük aksiya Nərimanov Rayon İcra Hakimiyyətinin yanında keçdi.
Bakı sakinləri vətənpərvərlik coşğusundan imtina etmək istəmirlər.
Bakıda tələbələrin keçirdiyi aksiyalara mən də qoşuldum. Gənclər orduya dəstək məqsədilə şəhərdə nümayişlər keçirir, sonda isə qəhrəmanlarının dəfn edildiyi Şəhidlər xiyabanına üz tuturdular. Bu gənclər, müharibə başlayarsa, günü sabah ön cəbhəyə yollanmağa hazırdırlar".
Miq.az