Bu gün Belarus Ukraynanın işğal prosesinə qoşulacaq - ABŞ-dan şok iddia

Bu gün Belarus Ukraynanın işğal prosesinə qoşulacaq - ABŞ-dan şok iddia

Belarus ordusu Ukraynanın işğal əməliyyatlarına qoşula bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə "Vaşinqton Post” qəzeti çıxış edib.

Qeyd edilir ki, Ukrayna Quru Qoşunları ölkəyə daxil olan rus hərbi kontingentini saxlayır, onlara müxtəlif istiqamətdə zərbələr endirir. Bu səbəbdən də Belarusdan olan hərbçilərin rusların köməyinə gələ biləcəyi real ehtimal sayılır.

"Belarus öz qoşunlarını Ukraynanı işğal edən ruslara kömək etmək üçün göndərə bilər. Çox güman, işğalçıların özləri də öhdəsindən gəlmirlər”, - ABŞ mediası qeyd edir.

Bildirilir ki, Belarus hərbçiləri bazar ertəsi, fevralın 28-də işğala qoşula bilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az