Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTOLAR

Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13 fevral 2023-cü il tarixindən etibarən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib. 15 fevral tarixinədək qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə namizədlərin müsahibəsi keçirilib.

Bu gündən – yəni 16 fevral tarixindən başlayaraq isə imam və imam müavini vəzifələri üzrə 37 vakant yerə müsahibə keçirilir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılan müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib.

Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha rəsmi təyinat alır.

Xatırladaq ki, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO Bu gündən məscidlərdə imam vəzifələri üzrə müsahibə keçirilir - FOTO




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az